Bu dəqiqə Rusiyada “ağzını açana cərimə yazırlar”...

Bu dəqiqə Rusiyada “ağzını açana cərimə yazırlar”...

Rusiyada ordunun “diskreditə edilməsi” ilə bağlı inzibati maddə ortaya çıxandan bəri məhkəmələr rusları demək olar ki, 194 milyon rubl cərimələyiblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu dəqiqə Rusiyada elə vəziyyət yaranıb ki, “ağzını açana cərimə yazırlar”.

Qeyd edək ki, Ali Məhkəmənin məhkəmə departamentinin hesabatına görə, 2023-cü ilin birinci yarısı üçün cərimələrin ümumi məbləği 42 milyon rubldan çox olub. Deyilənlərə görə, 1302 rusiyalıya cərimə tətbiq edilib.

Ötən ilin statistikasına görə, 151 milyon rubldan çox cərimə və ümumilikdə məhkəmələr 5622 protokola baxıblar.

Mediazonanın hesablamalarına görə, “diskreditasiya” haqqında qanunun qəbul edildiyi 2022-ci ilin martından bu günə qədər Rusiya məhkəmələrinə bu maddə üzrə 8055 inzibati iş daxil olub.

Yeri gəlmişkən, inzibati maddə ilə fiziki şəxslər üçün cərimələr 100 min rubla çatır.

Sözdə təkrar "diskreditasiya" halında - bu, artıq cinayət maddəsidir, yəni cəza kimi yeddi ilə qədər həbs oluna bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə