Ruslar ATACMS raketlərinə birbaşa müqavimət göstərə biləcəklərmi?

Ruslar ATACMS raketlərinə birbaşa müqavimət göstərə biləcəklərmi?

...Müdafiə Qüvvələrinin Berdyansk və Luqansk aerodromlarına ATACMS raketləri ilə hücumundan sonra ruslar öz texnikalarını hərəkətə keçirəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu telemarafonda Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının spikeri Yuri İqnat deyib.

O, bugünkü ATACMS raket hücumları nəticəsində Rusiyanın itkiləri barədə hələ ki, etibarlı məlumatlara malik olmadığını bildirib.

...Çünki biz hələ kəşfiyyat məlumatlarını, peyk şəkillərini, bəlkə də başqa mənbələrdən məlumatları gözləməliyik və o zaman qarşı tərəfin nə qədər canlı qüvvə, eləcə də teknika iutirdiyini öyrənə biləcəyik.

“Rusiyanın indi heç nə edə bilməyəcəyi belə bir məsafədən belə tipli silahlarla zərbə endirmək faktının özü artıq vəziyyətin dəyişəcəyini göstərir”.

Qeyd etdiyimiz kimi, Hərbi Hava Qüvvələrinin spikeri bildirib bunu.

Yeri gəlmişkən, bir daha xatırladaq ki, bir müddət əvvəl Ukrayna saytları Amerika mətbuatına istinadən, ABŞ-ın gizli şəkildə Ukraynaya uzaqmənzilli ATACMS raketlərini ötürdüyü barədə yazıb. Ukrayna tərəfi bu raketlərdən ilk dəfə olaraq Rusiyanın müvəqqəti işğal altında olan Berdyansk və Luqanskdakı aerodromlarına hücum etmək üçün istifadə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə