Zelenski Ukrayna ordusunun ATACMS-dən istifadə etdiyini təsdiqləyib

Zelenski Ukrayna ordusunun ATACMS-dən istifadə etdiyini təsdiqləyib

Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı axşam Ukrayna ordusunun ATACMS raketlərindən istifadə etdiyini təsdiqləyib.

“...Bu gün biz ABŞ-a xüsusilə minnətdarıq. Prezident Baydenlə razılaşmalarımız yerinə yetirilir. Onlar çox dəqiq şəkildə həyata keçirilir – “hücumlar” özünü göstərdi”.

SİA-nın əldə etdiyi məlumata görə, Zelenski bunu teleqramında bildirib.

Qeyd edək ki, “Wall Street Journal” daha əvvəl mənbələrə istinadən Ukrayna ordusunun oktyabrın 17-də Rusiya hərbçilərinə ilk dəfə zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etdiyini bildirmişdi.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ABŞ bu yaxınlarda gizli şəkildə Kiyevə 160 kilometr mənzilli raketlərin kiçik partiyasını göndərib.

Onu da qeyd edək ki, bu tip raketlərin tədarükü ilə bağlı Vaşinqtondan heç bir rəsmi açıqlama verilməyib.

Yeri gəlmişkən, “Wall Street Journal” oktyabrın 17-də Ukrayna Silahlı Qüvvələrinin Luqansk və Berdyanskda rus qoşunlarının nəzarətində olan aerodromlara hücumlarından bəhs edir, lakin hansı obyektlərin vurulduğunu yazmır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə