"HƏMAS-la müharibə uzun və çətin olacaq"

"HƏMAS-la müharibə uzun və çətin olacaq"

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi hərbçilərə HƏMAS radikal qruplaşmasına qarşı müharibənin uzun və çətin olacağı barədə xəbərdarlıq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” xəbər verir.

Halevi əsgərlərə göndərdiyi məktubda “Müharibə çətin və uzun olacaq, İsrail ordusu qalib gələcək” deyə yazıb.

“Biz evi qorumaq missiyamızda qətiyyətlə birləşmişik və istənilən ssenariyə hazırıq. Biz barışmaz şəkildə düşməni məğlub etmək və hər yerdə təhlükəsizliyi bərpa etmək öhdəliyimizə sadiqik”, - deyə İsrail mediası hərbi liderin sözlərindən sitat gətirib.

“Biz düşmənin infrastrukturuna və rəhbərliyinə ziyan vurduq, o, böyük itki verdi. Biz zərbə aldıq və bunun üçün məsuliyyət daşıyırıq, lakin indi təşəbbüs bizim əlimizdədir”, - Baş Qərargah rəisi vurğulayıb.

Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirmişdi ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru hərbi əməliyyat keçirməklə bağlı hələ yekun qərar qəbul etməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə