Putinin Pekində Orbanla görüşü olub

Putinin Pekində Orbanla görüşü olub

Rusiya prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla Pekində görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, Putin qeyd edib ki, ölkəsi geosiyasi məhdudiyyətlərə baxmayaraq, bir çox Avropa ölkələri, o cümlədən Macarıstanla əlaqələri inkişaf etdirir.

“Rusiya ilə Macarıstan arasında son onilliklərdə münasibətlər qarşılıqlı şəkildə maraqların nəzərə alınması və müsbət dinamikaya əsaslanaraq qurulub”, -deyə Putin vurğulayıb.

Putin, Rusiya ilə Macarıstanın mövqelərinin hər zaman üst-üstə düşməməsinə baxmayaraq, Orbanı dünya və Avropadakı vəziyyəti müzakirə etməyə dəvət edib.

Rusiya dövlət başçısı çıxışı zamanı həmçinin əlavə edib ki, ölkələrarası ticarət dövriyyəsinin həcmi nəzərəçarpacaq dərəcədə aşağı düşüb və əvvəlki səviyyəyə qaldırmaq üçün ciddi addımlar atılmalıdır.

Macarıstanın Baş naziri Orban da hərbi əməliyyatlar və sanksiyalar səbəbindən Rusiya ilə münasibətlərin çətin dövr yaşadığını vurğulayıb:

“Bu, ölkələrimiz arasındakı əlaqələrə dərindən təsir etdi. Bu əməkdaşlığın nəinki təmaslar səviyyəsində, həm də iqtisadi səviyyədə mümkün qədər uzun müddət davam etməsini istəyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə