Gürcüstan “daha ​​sağlam prezident” seçə bilər..?

Gürcüstan “daha ​​sağlam prezident” seçə bilər..?

Gürcüstanın növbəti prezidenti öz ölkəsinin maraqlarına hörmət etmək, Gürcüstanla Rusiya arasında əməkdaşlıqda maneələri aradan qaldırmaq baxımından daha sağlam düşüncəli ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyasının dövlət suverenliyinin müdafiəsi və daxili işlərinə müdaxilə cəhdlərinin qarşısının alınması üzrə Federasiya Şurasının Komissiyasının rəhbəri Andrey Klimov Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçment prosedurunu şərh edərkən deyib.

“Rusiya Parlament Gazetesi”nə müsahibəsində siyasətçi deyir ki, Gürcüstanda prezident üçün “həqiqətən də çoxlu suallar yığılıb”.

“...Məlumdur ki, o, Fransa vətəndaşıdır, deyirlər ki, hətta gürcü dilini də zəif bilir. Zurabişvili desant kimi Gürcüstana göndərilib və Avropayönlü, hətta deyə bilərik ki, NATO-yönlü mövqe tutur. Hesab edirəm ki, bu gün parlamentdə çoxluğa malik Gürcüstanın indiki hökuməti onun namizədliyinə çox ciddi yanaşır. Ona görə də Gürcüstanda hakimiyyət dəyişikliyi şansları var”.

Bunu bəyan edən Klimov deyir ki, Gürcüstanın hakim partiyası guya “öz dövlətinin və xalqının maraqlarından çıxış edir”.

“...Böyük qonşu kimi Gürcüstan üçün bütün Qərb QHT-ləri və digər oxşar strukturlardan daha çox şey edə bilən Rusiya ilə münasibətlərin normallaşdırılması bu maraqlara uyğundur. Zurabişvili Qərbə səfərlər edərək, orada anti-Rusiya bəyanatları verməklə xalqımızın dediyi kimi, buradakı hasara kölgə salıb”.

Təbii ki, bu fikirlər də rusiyalıya aiddir.

Gürcü diasporunun bəzi nümayəndələrini şəxsən tanıdığını deyən Klimov, guya onların Qərbin hiylələrinə uymadığlarını və öz ölkələrinin azadlıq və müstəqilliyini qorumağa qadir olduqlarını bildirib.

...Hesab edirəm ki, indi gürcü xalqının suveren inkişaf yoluna çıxmaq şansı var. Gürcülər isə bundan yararlanmaq istəyirlər. Qərbdən olan düşmənlərimizin qonşularımıza təlqin etdikləri hər şey ölkəyə dağıntı və çirkinlikdən başqa bir şey gətirmir.

Sual yarana bilər: Klimova nə deyəsən?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə