Priqojinin şirkətləri bir ildə 165 milyard rubl qazanıblar

Priqojinin şirkətləri bir ildə 165 milyard rubl qazanıblar

...“Vaqner” PMC-nin ölən təsisçisi Yevgeni Priqojinin biznes strukturuna əvvəllər məlum olmayan ən azı 50 şirkət daxil imi. Onların gəlirlərini nəzərə alan Priqojin ötən il 165 milyard rubl qazanıb ki, bu da jurnalistlərin əvvəllər düşündüyündən iki dəfə çoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Chronicles.media” öz araşdırmasında yazır.

Bu arada Priqojinin şirkətlərinə xidmət göstərən “Accent Audit” şirkətinin bütün audit hesabatları öyrənilməklə yanaşı, həmçinin “Accent Audit”in işlədiyi 80-dən çox hüquqi şəxs də yoxlanılıb.

Müstəntiqlər müəyyən ediblər ki, 2019-2020-ci illərdə Priqojin öz biznesini yenidən strukturlaşdırıb. Dövlət sifarişlərini bilavasitə yerinə yetirən şirkətlər çox oxşar xüsusiyyətlərə malik yeni yaradılan səhmdar cəmiyyətlərinin ixtiyarına verilib.

Audit hesabatlarını dərc etmək üçün Priqojinin şirkətləri mütəmadi olaraq Sankt-Peterburq notariusları Anatoli Akulenko və Diana Lakmanın xidmətlərinə müraciət edirlər.

Həm Priqojinin, həm də “Vaqner” PMC-nin komandiri Dmitri Utkinin miras işlərini açan Anatoli Akulenko idi. Diana Lakman mirasın qəbulu üçün ərizədə Priqojinin oğlu Pavelin imzasının şahidi olub.

Səhmdar cəmiyyətlərinin nominal sahibləri Priqojin ailəsinin üzvləri deyil, lakin müstəntiqlər biznesin onlara məxsus ola biləcəyini ehtimal edirlər. Priqojinin vəsiyyətində deyilir ki, oğlu Pavelə nizamnamə kapitalındakı payın alqı-satqısına dair ilkin müqaviləyə, ilkin razılaşmaya dair girov müqaviləsinə əsasən tələb etmək hüququ, habelə verilməsinə dair müqaviləyə əsasən tələb etmək hüququ verilir.

Yeri gəlmişkən, müstəntiqlərin fikrincə, Priqojinin biznes imperiyasında ən azı 168 şirkət var və ümumilikdə bu şirkətlər 2022-ci ildə 165,5 milyard rubl gəlir əldə ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə