"Toyota"nın istehsalı dayandırılıb

"Toyota"nın istehsalı dayandırılıb

Yaponiyada zavodda partlayış avtomobil sənayesini vurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Toyota"nın ehtiyat hissələri tədarükçüsündən biri, Aiçi prefekturasındakı "Chuo Spring Co" şirkətinə məxsus fabrikdə partlayış olub. Bildirilib ki, partlayış nəticəsində iki kişi işçi yaralanıb, müəssisədəki quruducu sobalar zədələnib.

Yapon istehsalçısı "Toyota" şirkətinin bəyanatına görə, partlayışdan sonra ehtiyat hissələrin tədarükü çatışmazlığı səbəbindən ölkədə 6 fabrikdə 10 istehsal xətti müvəqqəti olaraq dayandırılıb.

Açıqlamada bildirilib ki, istehsal xətlərinin həftə ərzində yenidən nə vaxt işə salınacağı hələ məlum deyil. Mənfi təsirə məruz qalan istehsal xətlərinin "Toyota"nın Land Cruiser və RAV4 modelləri üçün olduğu bildirilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə