İsrail Qəzzada quru əməliyyatlarla bağlı hələ yekun qərar verməyib
İsrail Müdafiə Ordusu Qəzza zolağında quru əməliyyatlarına başlayacağına dair yekun qərar qəbul etməyib.
SİA xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Riçard Xext oktyabrın 17-də keçirdiyi brifinqdə bildirib.
“Biz müharibənin növbəti mərhələsinə hazırlaşırıq. Hamı quru əməliyyatlardan danışır. Ancaq bu, fərqli də ola bilər”, - o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB