Türkiyəli idmançı dünya rekordu qırdı

Türkiyəli idmançı dünya rekordu qırdı

Türkiyəli idmançı Şahika Ercümen kürəklərdən və dalğıcların istifadə etdiyi digər avadanlıqların köməyi olmadan üfüqi vəziyyətdə suyun dərinliyinə baş vuraraq dünya rekordunu təzələyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, belə ki, Türkiyənin Hatay bölgəsində suya dalan idmançı birnəfəsə 106 metr dərinliyə qədər enərək qadınlar arasında əvvəlki rekordu (105 metr) yeniləyib.

İdmançı yeni nailiyyətini Türkiyə Respublikasının qurulmasının 100-cü ildönümünə həsr etdiyini bildirib.

Əlavə edək ki, Ş.Ercümen bu göstərici ilə adını “Ginnesin Rekordlar Kitabı”na da yazdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə