İranda qum qasırğasından 500-dən çox insan ziyan çəkib

İranda qum qasırğasından 500-dən çox insan ziyan çəkib

İranın Sistan və Bəlucistan əyalətində iki gün davam edən güclü qum qasırğası 511 nəfərin xəstəxanaya müraciət etməsinə səbəb olub. SİA xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, sözügedən əyalətin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebbi insanların tənəffüs, göz və ürək problemləri səbəbindən xəstəxanalara yerləşdirildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə