ABŞ-da fələstinli uşaq öldürülüb

ABŞ-da fələstinli uşaq öldürülüb

71 yaşlı Cozef Czuba ABŞ-ın İllinoys ştatında İsrail və HƏMAS arasında gedən müharibədən ilhamlanaraq 6 yaşlı fələstinli uşağı bıçaqlayaraq öldürüb. Kiçik uşağın 26 bıçaq yarası aldığı, anasının isə ağır yaralandığı bildirilib.

Polisin evin yaxınlığında yerdə oturmuş vəziyyətdə tapdığı Czuba qətl törətməkdə ittiham olunub. Həyatını itirən uşaq üçün ABŞ prezidenti Co Bayden hadisədən olduqca təsirləndiyini və bu dəhşətli nifrət aktının ABŞ-da yeri olmadığını bildirərək, bunun əsas dəyərlərə və sülhə zidd hərəkət olduğunu bildirib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə