Bayden Fələstin, Misir və İordaniya liderləri ilə görüşəcək

Bayden Fələstin, Misir və İordaniya liderləri ilə görüşəcək

ABŞ Prezidenti Cozef Bayden oktyabrın 18-də İsrailə səfərindən sonra həmin gün İordaniyaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Həmin gün ABŞ lideri İordaniyanın paytaxtı Əmman şəhərində Kral II Abdullah, həmçinin Misir Prezidenti əs-Sisi və Fələstin lideri Mahmud Abbasla görüşəcək”, - deyə C.Kirbi qeyd edib.

Bundan əvvəl “NBC News” telekanalı xəbər vermişdi ki, ABŞ Prezidenti Cozef Bayden bu həftənin əvvəlində İsrailə səfər etməyi düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə