XİN rəhbəri isveçli azarkeşlərin qətlini terror aktı adlandırıb

XİN rəhbəri isveçli azarkeşlərin qətlini terror aktı adlandırıb

Belçikanın xarici işlər naziri Aja Labib Brüsseldə iki isveçli futbol azarkeşinin öldürülməsini terror aktı adlandırıb. SİA xəbər verir ki, bu barədə nazir X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Brüsselin tam mərkəzində iki nəfərin ölümü ilə nəticələnən terror aktı məni dəhşətə gətirir. Radikalizmlə mübarizə üçün bütün lazımi vasitələr səfərbər edilməlidir", - deyə o bildirib.

“Sudinfo” portalının xəbərinə görə, Brüsseldə atışmanı həyata keçirən şəxs İŞİD terror qruplaşmasının üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə