Netanyahu və Blinken yenidən görüşdü

Netanyahu və Blinken yenidən görüşdü

İsrailin Baş naziri Benyamin Netanyahu Tel-Əvivdə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, bu onların Qəzza zolağı ətrafında vəziyyətin gərginləşməsindən sonra olan ikinci görüşüdür.

Görüş Tel-Əvivdə Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələrinin binaları kompleksində baş tutub və orada Netanyahudan başqa, müdafiə naziri Yoav Qalant da daxil olmaqla hərbi-siyasi kabinetin üzvləri iştirak ediblər.

Qeyd edək ki, Blinken 7 oktyabrda İsrail və Fələstin arasında vəziyyət gərginləşəndən sonra 12 oktyabrda da İsrailə səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə