ABŞ dövlət katibi İsrailin "müharibə kabineti" ilə görüşüb

ABŞ dövlət katibi İsrailin "müharibə kabineti" ilə görüşüb

Artıq...dünən, oktyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinken Təl-Əvivdə Benyamin Netanyahu və o qədər də geniş olmayan “müharibə kabineti”nin digər üzvləri ilə görüşüb. SİA-nın əldə etdiyi məlumata görə, onların görüşü zamanı raket xəbərdarlığı elan edilib və İsrail nazirləri ilə birlikdə Blinken də sığınacağa enməli olub.

Görüş zamanı Blinken Netanyahuya, İsrailin Qəzza zolağında humanitar böhranın yaşanmamasını təmin etməyi bildirib. Bu, digər şeylərlə yanaşı, daha uzun müddət davam edən hərbi əməliyyatlarda İsrailə beynəlxalq dəstəyi saxlamaq üçün lazımdır.

“Amerikalılar HƏMAS-ı devirmək zərurətini başa düşürlər, lakin bunun üçün İsrailin Qəzzada humanitar böhranın yaşanmamasını təmin etməli olduğunu da vurğulayırlar”.

Qeyd edək ki, bunu görüşün təfərrüatları ilə tanış olan İsrail rəsmisi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə