Bu arada Amerikanın “The Washington Post” nəşri adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən, Pentaqonun “seç-seçmə” 2000-ə yaxın hərbçini İsrailə dəstək olmaq üçün Yaxın Şərqə göndərməyə hazırlaşdığını bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Amerika hərbçiləri ABŞ Silahlı Qüvvələrinin müxtəlif bölmələrindən cəlb olunacaq.
ABŞ agentliyi rəsmilərinin dediklərinə görə, guya göndərilən hərbçilərin əsas vəzifələri “məsləhətləşmə və tibbi dəstək” olacaq.
ABŞ-ın seçilmiş hərbi personalının hazırda Yaxın Şərq və Avropada olduqları bildirilir.
Nəşr yazır ki, onların transferinin nəyə əsaslanacağı və hara göndərilə biləcəyi hələlik məlum deyil.
“The Washington Post” qeyd edir ki, istənilən halda Pentaqonun bu qərarı İsrailin Qəzza zolağında quru əməliyyatı keçirməyə qərar verəcəyi təqdirdə, Vaşinqtonun İsrail ordusuna dəstək verməyə hazırlaşdığını göstərir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB