“Mən heç yerə getmirəm. Mən istefa verməyəcəyəm, istefa verməyəcəyəm”.
SİA-nın əldə etdiyi məlumata görə, Gürcüstan prezidenti Salome Zurabişvili hər ehtimala qarşı hakim partiya üçün iki dəfə təkrarlayıb.
“Gürcü arzusu”nun lideri İrakli Kobaxidze bu gün deyib ki, Konstitusiya Məhkəməsinin qərarından sonra Zurabişvilinin özü istefaya getməlidir.
Qeyd edək ki, bundan sonra prezident təcili bəyanatla çıxış edib.
“Bu gün Avropanın gələcəyi və demokratiyası bir güllə ilə öldürüldü. Hakimiyyət qolları arasında tarazlığın olmadığı ölkəni demokratik hesab etmək olmaz”, - deyə Zurabişvili bildirib.
O, həmçinin bəyan edib ki, hakim partiya onun “anti-Avropa impiçmenti”nə səs verdikdə parlamentdə iştirak etmək niyyətindədir.
“Mən parlamentə gedəcəm. Mən bu balaca insanların yanında olacağam, heç kimin məni dəstəkləməsinə ehtiyacım olmayacaq. Mənə söz versələr çıxacağam, verməsələr, yenə də çıxıb hər nə deyiləcəksə deyəcəm...”. Bunu da Zurabişvili bildirib.
Yeri gəlmişkən, Gürcüstan prezidenti, onu dəstəkləyən hər kəsə təşəkkür edib və onları sona qədər birlikdə mübarizə aparmağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB