Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib ki, İsraildəki müharibə dünyanı Ukraynadakı münaqişədən yayındırmamalıdır.
Onun dediyinə görə, bu münaqişələrin heç birində uduzmaq olmaz, çünki böhran davam edir. Yeni böhran diqqəti əvvəlki böhrandan yayındırmamalıdır, çünki hər şey bir-birinə bağlıdır. .
SİA-nın əldə etdiyi məlumata görə, Kuleba bunu ATƏT-in sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Kiyev tərəfdaşlarından Ukraynaya dəstəyin davam etdirilməsi və İsrailə dəstəyin başlanması barədə siqnallar alır.
RBC xəbər verir ki, o, bunu “yeganə həyat qabiliyyətli strategiya” adlandırıb.
Xatırladaq ki, oktyabrın 15-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, ölkəsinin Ukrayna və İsrailə 2 milyard dollardan çox yardım ayrılması barədə razılığa gəlmək niyyətində olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB