Polşanın keçmiş prezidenti Lex Valesanın fikrincə, parlament seçkiləri Polşada vətəndaş müharibəsinə səbəb ola bilər.
SİA-nın əldə etdiyi məlumata görə, oktyabrın 14-də polşalı siyasətçi bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib.
O xəbərdarlıq edir ki, vəziyyət çox ciddidir və insanlar daha çox sayda küçələrə çıxa, hətta silahdan istifadə edə bilərlər.
...Vəziyyət ciddidir. Mən Polşada vətəndaş müharibəsi riskini istisna etmirəm. Nəhayət, insanlar daha çox küçələrə çıxacaq. Mən hətta qorxuram ki, onlar silahdan istifadə edəcəklər.
Bunu deyən abiq prezidentin sözlərinə görə, iğtişaş təkcə Polşada baş verə bilməz.
Qeyd edək ki, seçkilərdə hakim PiS partiyasının əsas rəqibi Avropa Şurasının keçmiş prezidenti Donald Tuskun rəhbərlik etdiyi radikal Vətəndaş Koalisiyasıdır.
Daha əvvəl “Konfederasiya” sağçı koalisiyasından Polşa Seyminin deputatlığına namizəd Anna Brılka bildirmişdi ki, Polşa Ukraynaya göstərilən yardım üçün faktura təqdim edəcək və ona bir sıra şərtlər qoyacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB