“Ərzaqlarımızı qoruyaq, qida israfına son qoyaq”

Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İstanbulda təşkil edilən 16 Oktyabr Dünya Ərzaq Günü tədbirinə video-müraciət göndərən R.T.Ərdoğan çıxışında deyib ...
“Ərzaqlarımızı qoruyaq, qida israfına son qoyaq”

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə birlikdə başladığı Qara dəniz təşəbbüsü ilə 33 milyon ton taxıl məhsulunun dünya bazarlarına daşınmasını təmin edərək qlobal aclıq böhranı təhlükəsinin qarşısını aldığını xatırladıb.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İstanbulda təşkil edilən 16 Oktyabr Dünya Ərzaq Günü tədbirinə video-müraciət göndərən R.T.Ərdoğan çıxışında deyib: “Builki tədbir "Su həyatdır, su qida deməkdir. Heç kimi buraxma" adlanır. Bu mühüm mövzu altında keçirilən tədbirlər həyat mənbəyi olan su haqqında maarifləndirməni daha da artıracaq.

Türkiyə su ehtiyatlarından ən səmərəli şəkildə istifadə etməyə çalışır. Biz hökumət olaraq son 21 ildə ölkəmizin su və ərzaq təhlükəsizliyini təmin edəcək bir çox mühüm layihələr həyata keçirmişik.

BMT-nin Davamlı İnkişaf Məqsədlərinin ən mühüm mövzularından olan “2030-cu ildə sıfır aclıq” yanaşmasından bəşəriyyət tədricən uzaqlaşıb. Dünyada hər 9 nəfərdən 1-i aclıqla mübarizə aparır, baxmayaraq ki, hər il 4-5 milyard ton ərzaq istehsal olunur. Bu miqdar 2050-ci il üçün proqnozlaşdırılan dünya əhalisi üçün kifayət edir. Amma təəssüf ki, bugünkü əhaliyə çatmır. Çünki dünyada hər saniyədə 127 ton ərzaqın 21 tonu israf olunur.

Türkiyənin yerləşdiyi bölgədəki son müharibə və qarşıdurmalar ərzaq böhranını daha da dərinləşdirib. BMT ilə birlikdə başladığımız Qara dəniz təşəbbüsü ilə 33 milyon ton taxıl məhsulunun dünya bazarlarına daşınmasını təmin edərək qlobal aclıq böhranı təhlükəsinin qarşısını aldıq. Başda Afrika olmaqla, aclqı riski ilə üz-üzə qalan coğrafiyaların yükünü yüngülləşdirməyə çalışdıq.

Ərzaqlarımızı qoruyaq, qida israfına son qoyaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə