Bayden müsəlman uşağın öldürülməsini “dəhşətli nifrət aktı” adlandırıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Çikaqo şəhərində bir nəfər 6 yaşlı fələstinli uşağı öldürüb, anasını isə yaralayıb.
Bayden müsəlman uşağın öldürülməsini “dəhşətli nifrət aktı” adlandırıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Çikaqo şəhərində bir nəfər 6 yaşlı fələstinli uşağı öldürüb, anasını isə yaralayıb.

SİA-nın əldə etdiyi məlumatda hücumu 71 yaşlı Cozef M. Czubanın "uşağın və anasının müsəlman kimliyi və İsrail-Fələstin münaqişəsi" səbəbiylə həyata keçirdiyi iddia edilib.

Bildirilib ki, ev sahibinin ona bıçaqla hücum etdiyini deyən qadının zəngi ilə polis hərəkətə keçib və hadisə yerinə gələndə Czubanı evin qarşısında oturmuş vəziyyətdə görüblər.

Qeyd olunub ki, daha sonra evə daxil olan polis əməkdaşları 32 yaşlı qadını və onun 6 yaşlı uşağını ağır bıçaq xəsarətləri ilə aşkar ediblər.

26 bıçaq zərbəsi alan uşağın xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişdiyi, xəstəxanaya yerləşdirilən anasının vəziyyətinin ağır olduğu açıqlanıb.

Səlahiyyətlilər bildiriblər ki, Czuba uşağı müsəlman olduğu üçün İsrail-Fələstin münaqişəsinin təsiri altında öldürdüyü müəyyən edilib.

Czuba birinci dərəcəli qətl, birinci dərəcəli adam öldürməyə cəhd, iki nifrət cinayəti və ölümcül silahla ağırlaşdırılmış cəza ilə ittiham olunur.

ABŞ prezidenti Cozef Bayden də hücumla bağlı verdiyi açıqlamada müsəlman uşağının öldürülməsini “dəhşətli nifrət aktı” adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə