Bəs, İran "İsrail hücum etməsə, mən də münaqişəyə girməyəcəyəm" deyirdi...
İran İsraili hədələdi

İran İsrailin Qəzzadakı əməliyyatı davam edəcəyi təqdirdə müdaxilə edəcəyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə diplomatik mənbələr “Axios”a bildirib. ''Axiosu''un diplomatik mənbələrə istinadən yaydığı məlumata əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Livanda Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland ilə görüşündə ölkəsinin İsrail -Həmas gərginliyi ilə əlaqədar mesajını çatdırıb.
Həmin mənbələrə görə, Abdullahiyan münaqişənin regional müharibəyə çevrilməsini istəmədiklərini və Qəzzada Həmas tərəfindən girov saxlanılan israillilərin azad edilməsinə kömək edə biləcəklərini bildirib.
Abdulahiyyanın həmçinin İsrailin Qəzzadakı əməliyyatı davam edəcəyi təqdirdə ölkəsinin müdaxilə edəcəyini bildirdiyi qeyd olunub.
Tor Vennesland də İsrailin Milli Təhlükəsizlik müşaviri Tzachi Haneqbi başda olmaqla İsrail rəsmiləri ilə əlaqə saxlayaraq İranın mesajını Tel-Əviv rəhbərliyinə çatdırdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə