Vladimir Putini təbrik etdiyi üçün işdən qovulan serb məşqçi Vladimir Yovanoviç əməlindən peşman deyil.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə idmançı Readovka Telegram kanalında dərc olunan müsahibəsində bildirib.
Onun dediyinə görə, serblər həmişə Rusiyanın tərəfində olacaqlar.
Qeyd edək ki, Vladimir Yovanoviç Estoniyanın “Vimsi Smsraxa” mini-futbol klubunun məşqçisi olub. Onu da qeyd edək ki, Rusiya prezidentini ad günü münasibətilə təbrik etdikdən sonra o, qalmaqalla klubdan qovulub.
“...Mən bilmirəm, Qərbi Avropanın digər ölkələrində mənim haqqımda və belə bir hadisədən xəbər tutsalar necə reaksiya verəcəklər. Bəlkə də zahirən günahsızdır deyə bilərlər. Amma bu, sadəcə olaraq normal deyil. İndi iş tapmaq mənim üçün çətin olacaq. Kimsə mənə “Rusiya” ilə bağlı kömək etsə şad olaram. 25 ildir futzal oynayıram və bir məşqçi kimi istənilən kluba kömək etməyə hazıram. Bilirəm ki, Rusiyanın güclü liqası var, orada serblər və braziliyalılar oynayır. Kimsə məni başa düşsə və işimə qayıtmağa kömək etsə, şad olaram”.
Xatırladım ki, Sport24 məşqçinin sözlərini sitat kimi gətirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB