...Bu arada xüsusi “Dövlət xidmətləri”nə göndərilən bülletenlərdə ruslara Çeçenistanın Qudermes şəhərində yerləşən və Ramzan Kadırovla əlaqəli olan Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində təlim keçmək təklif olunur.
SİA-nın əldə etdiyi məlumata görə, bülleten “The Insider” və “Twitter” istifadəçiləri tərəfindən diqqət çəkib.
Deməli, bu “universitet” pulsuz təhsil təklif edir və insanları Ukraynaya qarşı müharibədə iştirak etməyə hazırlayır. Ruslara “yeni, tələb olunan peşə”, “rahat yaşayış şəraiti” və “yüksək əmək haqqı” təklif olunur.
Qeyd eilir ki, ötən yayda federal televiziyada “xüsusi qüvvələr universiteti” haqqında süjet göstərilmişdi və sonradan Rusiyanın müxtəlif şəhərlərində onu reklam edən lövhələr yerləşdirilmişdi.
Əldə olunan məlumatlara görə, 2022-ci ilin əvvəlindən 2023-cü ilin yazına qədər Ukraynadakı müharibədə iştirak etmək üçün qondarma “könüllülər” hazırlayan Qudermesdəki “xüsusi qüvvələr universiteti” 980 milyon rubl xərcləyib.
Bu məbləğin demək olar ki, yarısı respublika başçısı Ramzan Kadırovun yaxın adamı və həmkəndlisi olan çeçen sahibkar Mövsadi Alvievin biznes strukturlarından gəlib.
2022-ci il ərzində bu qurumun bazasında Ukraynaya döyüşə göndərilmək üçün əsgərlər hazırlanırdı.
Qondarma universitetin statusu sual altında qalır: qanuni olaraq bu, atıcılıq idman klubudur.
Klub Çeçenistan Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılsa da, lakin hüquq-mühafizə orqanlarının heç birinə hesabat vermir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB