Bu arada Almaniyanın keçmiş kansleri Qerhard Şreder Rusiya lideri Vladimir Putinlə dostluğundan danışıb. Almaniyanın “Suddeutschen Zeitung” qəzetinə müsahibə verən siyasətçi Rusiya prezidenti ilə həqiqətən də dostluq münasibətlərinin olduğunu bildirib.
Siyasətçinin sözlərinə görə, Ukraynadakı münaqişə zamanı düşmənçilik və tənqidlərə baxmayaraq, heç nə onu Rusiya prezidenti ilə heç vaxt dost olmamış kimi davranmağa məcbur edə bilməz.
“...Bu, siyasətdən tamamilə müstəqil şəkildə böyüyən kişi dostluğudur"-deyən Şreder, insan münasibətləri ilə siyasət arasında ayrılığa çağırış edib.
Şreder bildirib ki, insan münasibətləri öz maraqlarını başa düşməyi asanlaşdırır. lakin sonradan...onlar dövlət maraqlarının təmsil olunmasını əvəz etməməlidir-deyə əlavə edib.
SİA xatırladır ki, Qerhard Schröder 1998-2005-ci illərdə Almaniyanın kansleri olub. 2017-ci ildən isə “Rosneft”in direktorlar şurasına rəhbərlik edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB