İsrail ilk dəfə “Dəmir şüa” lazer raketdən istifadə edib...

İsrail ilk dəfə “Dəmir şüa” lazer raketdən istifadə edib...

Bu arada İsrail mediası “Dəmir şüa” lazer raketdən müdafiə sisteminin ilk istifadəsindən xəbər verir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Dəmir şüa”, 7 kilometrə qədər məsafədə ultra qısa mənzilli raketləri tutmaq və məhv etmək üçün nəzərdə tutulmuş İsrailin taktiki raketdən müdafiə sistemidir.

Sistem öldürücü qüvvə kimi yüksək güclü lazer şüasından istifadə edir və “Dəmir günbəz” tərəfindən effektiv şəkildə tutula bilməyəcək qədər kiçik olan artilleriya mərmilərini, artilleriya minalarını və qısa mənzilli raketləri məhv etmək üçün nəzərdə tutulub.

Bundan əlavə, sistemin kiçik pilotsuz uçuş aparatlarını da məhv edə biləcəyi deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə