Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinin xarici işlər naziri Vanq Yi ilə telefon əlaqəsi saxlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, diplomatik mənbələrin yaydığı məlumata görə, görüşdə İsrail ilə Fələstin arasındakı gərginlik və İsrailin Qəzzaya hücumları müzakirə edilib.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB