Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzaya elektrik, su, ərzaq və dərmanın çatdırılmayacağı təqdirdə minlərlə insanın öləcəyi ilə bağlı xəbərdarlıq edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Fövqəladə Yardım Koordinatoru və Humanitar Məsələlər üzrə müavini Martin Qriffits rəsmi internet səhifəsində paylaşım edib.
"Su, elektrik, ərzaq və dərman olmadan minlərlə insan öləcək" deyən Martin Qriffits bunun gerçək olduğunu vurğulayıb.
Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden də rəsmi ''X'' səhifəsində Fələstinlə bağlı paylaşım edib.
İndiyə qədər İsrailyönümlü mövqeyi ilə diqqət çəkən Bayden deyib:
"Fələstinlilərin əksəriyyətinin HƏMAS-ın dəhşətli hücumları ilə heç bir əlaqəsi olmadığını gözardı etməməliyik. Fələstinlilər onlara (HƏMAS) görə əziyyət çəkirlər".
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB