Çeçenistan sığınacaq üçün təhlükəsiz yerdir..?

İsveçrə rəsmiləri belə hesab edirlər...
Çeçenistan sığınacaq üçün təhlükəsiz yerdir..?

İsveçrənin Miqrasiya üzrə Dövlət Katibliyi 40 yaşlı çeçen Əli Batayevə sığınacaq verməkdən imtina edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 40 yaşlı Bataev Ukraynada yaşayıb və orada yaşamaq icazəsi alıb, lakin Rusiya işğalından sonra bu ölkəni tərk etmək məcburiyyətində qalıb.

Onu da qeyd edək ki, o, Ukrayna vətəndaşı ilə evlidir və müharibədən qaçqın kimi qeydiyyata alınıb. Bir il əvvəl o, İsveçrədə saxlanılıb və sentyabrdan deportasiya mərkəzindədir.

O, Ramzan Kadırov rejiminin və Ukraynadakı müharibənin tənqidçisi və əleyhdarı olduğu üçün onu vətənində ölüm gözlədiyinə əmindir.

Batayevin vəkili Dövlət Katibliyinə müraciətində Rusiya və Çeçenistanda insan haqlarının vəziyyətindən danışıb. Müharibə əleyhdarı fəallara qarşı inzibati və cinayət işləri nümunə kimi göstərilib.

Maraqlıdır ki, bu arqumentlər məmurları razı salmayıb. Bundan sonra, iyul ayında Batayev deportasiya mərkəzində aclıq aksiyasına başlayıb və məmurları hüquqlarını pozmaqda ittiham edib.

Təbii ki, onun Çeçenistana deportasiyası qərarına etiraz ediləcək.

Maraqlıdır ki, materialda onun həyat yoldaşının taleyi qeyd olunmur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə