Oktyabrın 16-17 tarixlərində Yunanıstanın paytaxtı Afinada Türkiyə və Yunanıstan arasında Birgə Fəaliyyət Planı Görüşü və Siyasi Müşavirə keçiriləcək. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında məlumat verilib.
Türkiyə və Yunanıstan arasında “Müsbət gündəlik” dialoqu çərçivəsində Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar və Yunanıstan xarici işlər nazirinin müavini Konstantinos Fraqoqiannisin başçılıq etdiyi nümayəndə heyətləri 16 oktyabrda Afinada görüşəcək.
İclasda ikitərəfli ticarət, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, səhiyyə, ətraf mühit və insan münasibətlərinin inkişafı üzrə Birgə Fəaliyyət Planı nəzərdən keçirilib. Plana görə, 2022-ci il martın 22-də paytaxt Ankarada keçirilən son görüşdən sonra əldə olunmuş irəliləyişlərə əsasən prosesə daxil edilə biləcək yeni iş birliyi sahələri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Oktyabrın 17-də Türkiyə və Yunanıstanın Xarici İşlər Nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələr çərçivəsində Afinada Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar və Yunanıstan xarici işlər nazirinin müavini Aleksandra Papadopulu və başçılıq etdikləri nümayəndə heyətləri arasında görüş keçiriləcək, ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB