Avropa İttifaqı (Aİ) oktyabrın 17-də videokonfrans formatında dövlət və hökumət başçılarının fövqəladə sammitini keçirəcək.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel məlumat verib.
“Sammitdə Avropaya yeni təhlükəsizlik təhdidləri, Fələstinə humanitar yardımın göstərilməsi perspektivi və yeni miqrasiya böhranı riski müzakirə olunacaq”, - deyə o, "X" sosial şəbəkəsində yazıb.
Ş.Mişel xatırladıb ki, Aİ İsraillə tam həmrəyliyini ifadə edir, bütün girovların dərhal azad edilməsini tələb edir və İsrailin beynəlxalq hüquqa tam uyğun olaraq özünümüdafiə hüququnu tanıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB