İsrail HƏMAS-ın yüksək rütbəli zabitini məhv edib

İsrail HƏMAS-ın yüksək rütbəli zabitini məhv edib

İsrail hərbçiləri Fələstinin HƏMAS radikal qruplaşmasının xüsusi təyinatlı dəstəsinin komandirlərindən birini öldürüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə bəyanatında deyilir.

“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına görə, Qəzza zolağında HƏMAS-ın “Nuxba” adlı xüsusi təyinatlılarının bölük komandirlərindən biri Bilal Əl-Kedranı zərərsizləşdirilib. O, kibbutz Nirimə terror hücumuna rəhbərlik edib”, - məlumatda bildirilir.

Qeyd olunub ki, həmçinin hava hücumu zamanı HƏMAS və Fələstinin radikal “İslami Cihad” hərəkatının digər yaraqlıları da öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə