ABŞ-ın daha bir bombardmançı təyyarəsi Britaniyaya çatıb

ABŞ-ın daha bir bombardmançı təyyarəsi Britaniyaya çatıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus daha bir “B-1B Lancer” strateji bombardmançı təyyarəsi İngiltərənin Qlosterşir şəhərindəki Fairford bazasına enib. SİA xəbər verir ki, bu barədə onların enişinin fotolarını dərc edən “Gloucestershire Live” məlumat yayıb.

Bundan əvvəl oktyabrın 12-də Texasdakı Dyess Hərbi Hava Qüvvələri bazasından havaya qalxan iki “B-1B Lancer” bazaya gəlib.

Bu təyyarələrin Yaxın Şərqdə əməliyyatlarda iştirak edəcəyi istisna olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə