Mahmud Abbas Co Baydenlə NƏYİ MÜZAKİRƏ EDƏCƏK?

Mahmud Abbas Co Baydenlə NƏYİ MÜZAKİRƏ EDƏCƏK?

Fələstin Prezidenti Mahmud Abbas amerikalı həmkarı Co Baydenlə telefon danışığı aparacaq. SİA xəbər verir ki, bu barədə Abbasın müşaviri Mahmud əl-Xəbbaş məlumat verib. O bildirib ki, danışıqların mövzusu Qəzza zolağındakı vəziyyət olacaq.

Müşavirin sözlərinə görə, Vaşinqton İsraili sərhədsiz dəstəklədiyi üçün bu təcavüzün davam etdirilməsinə görə ən böyük məsuliyyəti daşıyır: "Biz bunu yaxşı başa düşürük, bilirik və buna baxmayaraq, qapıları bağlamırıq, açıq saxlayırıq", - deyib.

Qeyd edək ki, M.Abbas bundan əvvəl Fələstinin münaqişənin sülh yolu ilə həllini istədiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə