HƏMAS-ın İsrailə hücumu nəticəsində 29 amerikalının öldüyü bildirib

HƏMAS-ın İsrailə hücumu nəticəsində 29 amerikalının öldüyü bildirib

Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının İsrailə hücumu nəticəsində azı 29 ABŞ vətəndaşı həlak olub, daha 15 nəfər itkin düşüb. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

“Hazırda biz HƏMAS-ın hücumu nəticəsində 29 ABŞ vətəndaşının öldüyünü təsdiqləyə bilərik”, - deyə Amerikanın xarici siyasət idarəsi qeyd edib.

Dövlət Departamenti qurbanların kimliyi və ya ölüm şəraiti ilə bağlı məlumat verməyəcəklərini vurğulayıb: “ABŞ hökuməti vətəndaşlarının harada olduğunu müəyyən etmək üçün gecə-gündüz işləyir və İsraillə kəşfiyyat məlumatlarının mübadiləsini aparır”.

Bütün xəbərlər Facebook səhifəmizdə