Uçuş məsafəsi 600 km olan PrSM raketi Kiyevə veriləcəkmi..?

Jdanov ATACMS-i əvəz edə biləcək PrSM raketləribarədə danışıb
Uçuş məsafəsi 600 km olan PrSM raketi Kiyevə veriləcəkmi..?

Bu arada hərbi ekspert Oleq Jdanov ABŞ-da ATACMS-i əvəz edə biləcək PrSM raketlərinin də olduğunu bəyan edib. Jdanovun dediyinə görə, PrSM yeni raketdir, onun uçuş məsafəsinin 400 kilometrdən çox olduğu bildirilsə də, lakin sonrakı sınaqlarda uçuş məsafəsinin 600 km-ə qədər olduğu üzə çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, hərbi ekspert PrSM-nin digər müsbət xüsusiyyəti kimi, onun ATACMS-dən kiçik olmasını da bildirib.

Verilən məlumatlara görə, sınaqlardan keçən PrSM raketləri artıq ABŞ tərəfindən qəbul edilib.

Lakin bunun Ukraynaya dəqiq nə vaxt veriləcəyi hələlik məlum deyil.

Bunu Jdanov deyib.

...Universal döyüş başlığına malik olan PrSM raketi həm də yüksək dəqiqlik və bir neçə təyinat sisteminə malikdir. Yəni, onu heç bir şey dayandıra bilməz, nə elektron müharibə, nə də korlama. Üstəlik, bu raket yerüstü hədəfləri dəqiq vurmaq qabiliyyətinə də malikdir.

Qeyd edək ki, bunu da Jdanov bildirib və ABŞ-da daha effektiv PrSM raketinə görə, ATACMS istehsalına xitam verməyəcəyini də istisna etməyib, niyə?

…Çünki hər raketin öz üstünlükləri və mənfi cəhətləri var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə