Türkiyə qəzzalılara humanitar yardım göndərməyə davam edir.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu çərçivədə humanitar yardımları daşıyan üçüncü təyyarə yola düşüb.
Hərbi təyyarə Milli Müdafiə Nazirliyi, Türkiyə Qızıl Aypara Cəmiyyəti və Fövqəladə Hallar İdarəsinin (AFAD) birgə əməkdaşlığı ilə qəzzalılara yardım çatdıracaq.
Türkiyənin yardımını daşıyan üçüncü təyyarə Misirin Beynəlxalq Ariş Hava Limanına eniş edib.
Dərman,tibbi ləvazimat, ərzaq, konserv, ədyal və uşaq bezləri kimi yardım materiallarından ibarət olan humanitar yardım bağlamaları Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə Qəzzaya çatdırılacaq.
Türkiyədən Qəzzaya humanitar yardım materiallarını daşıyan iki təyyarəsi dünən Misirin Beynəlxalq Ariş Hava Limanına eniş edib.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB