Naməlum kişi bomba partlatmaqla hədələyir...

Naməlum kişi bomba partlatmaqla hədələyir...

Şənbə günü, oktyabrın 14-də Varşavada naməlum şəxs Smolensk fəlakəti qurbanlarının xatirəsinə ucaldılmış abidənin üzərinə çıxıb və partlayışla hədələyib. Təhlükəsizlik məqsədilə Piłsudski Meydanı və ətrafı nəqliyyat üçün bağlanıb.

Hazırda polis hadisə yerindədir.

SİA-nın əldə etdiyi məlumata görə, “Virtual Polşa” Baş Polis İdarəsinin mesajına istinadən yazır ki, hazırda Pilsudska meydanına və ətraf ərazilərə yaxınlaşmaq qadağandır. Belə ki, hazırda kişinin niyyəti müəyyənləşdirilir.

Polis qüvvələri, o cümlədən terrorla mübarizə zabitləri və danışıqlar aparan şəxslər hadisə yerindədir. Kənar şəxslərin təhlükəsizliyi üçün bütün Piłsudski meydanı və yaxınlıqdakı küçələr mühafizə zonası elan edilib.

Qeyd edək ki, kimliyi hələ ki, məlum olmayan kişinin şəklini çəkən BBC-nin müxbiri onda bomba olduğunu da iddia edib.

Yeri gəlmişkən, Pilsudski meydanındakı abidə 2010-cu il aprelin 10-da Polşa prezidenti Lex Kaçinskinin və hakim partiyanın digər üzvlərinin həlak olduğu təyyarə qəzasının xatirəsinə ucaldılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə