Rusiyalı diplomat Türkiyədə-oteldə ölü tapılıb

Rusiyalı diplomat Türkiyədə-oteldə ölü tapılıb

Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlıq departamentinin direktoru Nikolay Kobrinetsin meyiti Türkiyədə tapılıb.

SİA xəbər verir ki, “Hürriyet”in məlumatına görə, 61 yaşlı diplomat ötən cümə axşamı, oktyabrın 12-də İstanbuldakı otellərdən birində ölü tapılıb.

Kobrinetsin Türkiyə metropoluna səfirlərin görüşü üçün gəldiyi bildirilir. Diplomatın ölümü narahat olan həmkarlarının onunla əlaqə saxlamağa başlamasından sonra məlum olub. Daha sonra otel işçiləri Rusiya agentliyinin əməkdaşının meyitini tapıblar.

İlkin məlumata görə, onun infarkt nəticəsində dünyasını dəyişdiyi ehtimal olunur.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti Telegram-kanalında diplomatın ölümü ilə bağlı məlumatı təsdiqləyib və onu bütün iş həyatını vətəninin xarici siyasət maraqlarının qorunmasına həsr etmiş təcrübəli lider və məsuliyyətli mentor adlandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə