Zelenski siyasəti Ukraynanı çökməyə aparır...

Zelenski siyasəti Ukraynanı çökməyə aparır...

Bu arada ukraynalı siyasətçi Aleksey Arestoviç Ukrayna prezidenti Vladimir Zelenskini və onun tabeliyində olanları tənqid edib.

SİA-nın əldə etdiyi məlumata görə, Arestoviç şəxsi Telegram kanalında danışıb.

Beləliklə, siyasətçinin fikrincə, Ukrayna hakimiyyəti bir sıra səhvlərə yol verib və xüsusi hərbi zonasındakı vəziyyəti strateji dalana sürükləyib.

Aretoviçə görə, ilk səhv Baxmutun müdafiəsi olub və o, “Vaqner” PMC ilə uzun və qanlı döyüşlərdən sonra məğlub oldu. Siyasətçi hesab edir ki, şəhəri geri qaytarmaq cəhdləri daha böyük itkilərə səbəb olur.

...Ukrayna hərbi komandanlığı “Surovikin xətti”nə bənzər böyük müdafiə strukturları inşa etməli idi, lakin bu, heç vaxt həyata keçirilməyib.

Bunu deyən Aretoviçin fikrincə, Zelenski hökuməti dövlət idarəçiliyindəki strateji səhvlərə görə məsuliyyət daşıyır.

Siyasətçi hesab edir ki, Ukrayna hazırda dalana dirənib və Rusiya hərbi resurslarını artırmağa davam edir.

Zelenski siyasətinin Ukraynanı çökməyə apardığını deyən Aretoviç, onun səlahiyyət həddini tükəndiyini də gizlətmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə