Yeni Zelandiyada parlament seçkilərində mühafizəkarlar qalib gəlib
Yeni Zelandiyada parlament seçkilərində Milli Partiyadan olan Mühafizəkarlar qalib gəlib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onlar təxminən 40 faiz səs toplayaraq, indiki hakim Leyboristlər partiyasını üstələyiblər.
Qeyd edilir ki, ideri hazırkı baş nazir Kris Hipkins olan Leyboristlər cəmi 26 faizə malikdirlər.
Üçüncü yerdə 10 faizdən çox səslə Yaşıllar Partiyasıdır. Kristofer Laksonun rəhbərlik etdiyi Milli Partiya dördüncü yeri tutan ACT Yeni Zelandiya partiyası ilə koalisiyada kabinet yaratmaq niyyətindədirlər. Onların birlikdə parlamentdə 61 yer qazanma ehtimalı var ki, bu da əksəriyyət üçün kifayət etməlidir.
Onu da qeyd edək ki, baş nazir partiyasına məğlub olduğunu etiraf edib.
Yaşayış xərclərinin artması seçki kampaniyasının gündəmində üstünlük təşkil edirdi. COVID-19 pandemiyası zamanı İşçi Partiyasının lideri Jacinda Ardern rəhbərliyindəki hökumət infeksiyanın yayılmasının qarşısını alan, lakin ölkə iqtisadiyyatına ağır zərbə vuran ciddi məhdudiyyətlər tətbiq etmişdi.
Yeri gəlmişkən, bildirək ki, Yeni Zelandiya parlamenti üç ildən bir seçilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB