İsrailə hücumda azı 16 Rusiya vətəndaşı həlak olub..?

İsrailə hücumda azı 16 Rusiya vətəndaşı həlak olub..?

...Verilən son xəbərlərə görə, İsraildə 16 Rusiya vətəndaşının öldüyü və ya öldürüldüyü deyilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şənbə günü Rusiyanın İsraildəki səfirliyindən bildirilib.

Səkkiz Rusiya vətəndaşı isə hələ də itkin düşənlər siyahısındadır. Səfirliyin məlumatına görə, ən azı bir rusiyalının HƏMAS tərəfindən girov götürülərək Qəzza zolağında saxlanıldığı ehtimal edilir.

Qeyd edək ki, bundan əvvəl 4 rusiyalının öldüyü bildirilirdi. Və qeyd edilməlidir ki, onların hamısı həm Rusiya, həm də İsrail vətəndaşları olublar.

Bu arada ölənlərdən birinin adı məlum olub. Bu, ikili vətəndaşlığı olan İrit Konderovadır. O, Qəzza zolağı ilə sərhəddə keçirilən trans musiqi festivalının iştirakçılarına HƏMAS-ın hücumu nəticəsində öldürülüb.

Bundan əvvəl ailəsi onun qaçırıldığını güman etsə də, sonradan onun ölümü məlum olub. Məlumatlara görə, HƏMAS silahlıları musiqi festivalının 200-dən çox iştirakçısını, o cümlədən müxtəlif ölkələrin vətəndaşlarını öldürüblər.

Bundan əlavə, HƏMAS əsir götürdüyü girovları saxlamağa davam edir. Qrupun nümayəndələri şənbə günü bildiriblər ki, İsrailin hava hücumları son 24 saat ərzində doqquz girovu öldürüb. Bu iddiaları yoxlamaq mümkün deyil. HƏMAS daha əvvəl İsrailin zərbələrinə cavab olaraq girovları öldürəcəyini bildirsə də, hələlik belə faktlar açıqlanmayıb.

...Və İsrailə hücumda və İsrailin əks hücumunda ölənlərin ümumi sayı hələ də dəqiq olmayaraq qalır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə