Bir müddət bundan əvvəl də qeyd edildiyi kimi, Kreml Rusiya ordusunun komandanlığına Donetsk vilayətinin Avdeevka şəhərciyinə hücuma başlamaq əmri verib.
SİA-nın əldə etdiyi məlumata görə, “Kanal 24” xəbər verir ki, ruslar bu hücum üçün döyüşə hazır birləşmələrdən uzaq, “Storm-Z”dən (...qeyd edim ki, ruslar bunlara “ştrafbat” deyirlər, yəni cəza hərbi hissələri-A.B) istifadə etdiyi üçün bu ideya ruslar üçün tam uğursuzluqla nəticələnib.
Deyilənlərə görə, oktyabrın 10-da əməliyyat başlayandan bəri internetdə yayımlanan döyüşlərin videolarını tədqiq edən, OSINT (Open source intelligence-A.B) analitikləri, bir neçə gün ərzində rusların 30-dan çox zirehli texnika və çoxlu sayda əsgər itirdiklərini müəyyən ediblər.
Bundan əlavə, ruslar bu qədər itki müqabilində...cüzi şəkildə irəliləyişə nail ola biliblər.
Belə ki, yaxşı möhkəmləndirilmiş əraziyə hücum etmək cəhdi ruslar üçün fəlakətə çevrilib. Qeyd edilir ki, guya sosial şəbəkələr rusların uğursuz hücumunun görüntülərini də artıq paylaşıb.
...Bu arada elə rus saytlarının yazdığına görə,..buna baxmayaraq, Kreml Ukrayna ordusunun müdafiəsini yarmaq ümidi ilə təcrübəsiz əsgərlərini hələ də Avdeevkaya sürməkdə davam edir.
Yenə də yazilanlara diqqət çəksək,..ukraynalı müdafiəçilərin mövqeləri yaxınlığındakı ərazinin ruiyalı ölülərlə dolu olduğu deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB