Bu arada Ermənistan prezidenti Vaaqn Xaçaturyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyasını rəsmən təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ermənistan prezidentinin saytı yayıb.
Beləliklə, oktyabrın 3-də Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib.
Qeyd edək ki, Xaçaturyanı ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsinin bütün qərarlarına əməl edəcəyinə söz verib.
Onu da xatırladaq ki, bu ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya diktatoru Vladimir Putin və ombudsman Mariya Lvova-Belovanın ukraynalı uşaqların qanunsuz deportasiyası ilə bağlı həbs qərarı çıxarıb.
Yeri gəlmişkən, Kreml rəhbərinin dünyanın Roma Statutunu ratifikasiya etmiş və ya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyan 123 ölkəsində həbs edilməsi tələb olunur.
Deyim ki, dünən Çinə səfər edəcəyini bildirən Vladimir Putin, Ermənistana da gedə biləcəyini istisna etməmişdi.
…Siz necə düşünürsünüz, ermənilər Putini həbs edə bilərlərmi?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB