Sirli adam qızıl külçələr paylayır - QƏRİBƏ HADİSƏ

Sirli adam qızıl külçələr paylayır - QƏRİBƏ HADİSƏ

Almaniyada anonim biri Hude və Delmenhorstda poçt qutularına qızıl külçələr qoyub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hude-Süd ibtidai məktəbinin direktoru Birte Kempers bir neçə həftə əvvəl yay tətili zamanı məktəbin poçt qutusunda qızıl külçə tapıb.

Direktor verdiyi açıqlamasında "Mən bunu görəndə inana bilmədim" deyib. Əvvəlcə poçt qutusunu yenidən bağlamalı oldu. İçərisində 100 qramlıq qızıl külçə, üzərində isə “Sədəqə” yazılmışdı.

Məktəbin bu qızılı saxlaya bilib-bilməməsi hazırda mübahisəlidir. Hude yerli şurası bu yaxınlarda səs verdi və yekdilliklə yaşıl işıq yandırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə