Putin ad gününü onlarla qeyd edib

Putin ad gününü onlarla qeyd edib

Rusiya Prezidenti Vladimir Putin 7 oktyabrda olan ad gününü Qazaxıstan və Özbəkistan liderləri Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevlə qeyd edib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Həmin gün (7 oktyabr) dövlət başçıları birlikdə Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana nəqlinə başlayıblar. Bu münasibətlə baş tutan mərasim Rusiya liderinin Moskva yaxınlığındakı iqamətgahında olub.

Putinin sözlərinə görə, mərasim xüsusi olaraq onun ad gününə təsadüf etməyib:

“Bu, sadəcə təsadüf olaraq baş verib”.

Qeyd edək ki, Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə