Qəzza zolağında ölən fələstinlilərin sayı 1 900 nəfəri keçib

Qəzza zolağında ölən fələstinlilərin sayı 1 900 nəfəri keçib

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olan fələstinlilərin sayı 1 900 nəfəri keçib. SİA-nın Fələstin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 7696 nəfər xəsarət alıb.

“İsrailin Qəzza zolağına davam edən təcavüzü nəticəsində həlak olanların sayı 1990-a yüksəlib. Onlardan 614-ü uşaq və 370-i qadındır, 7696 nəfər isə yaralanıb”, - deyə idarənin Telegram kanalında bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə