Ukrayna xüsusi təyinatlıları rus tankını məhv ediblər

Ukrayna xüsusi təyinatlıları rus tankını məhv ediblər

Avdeevka ərazisində Milli Qvardiyanın “Omeqa” xüsusi təyinatlı dəstəsinin üzvləri “Javelin” tank əleyhinə sistemin zərbəsi ilə Rusiya tankını məhv ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq videonu Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Baş Qərargah Avdeevka yaxınlığında şiddətli döyüşlərin davam etdiyini, Müdafiə Qüvvələrinin şəhərin özündə 10, həmçinin Keramika, Tonenkoye, Severnı, Pervomayski və Netaylovo ərazilərində 15 hücumu dəf etdiyini bildirib.

Bu arada Avdeevka hərbi administrasiyasının rəhbəri Vitali Barabaş, “bütün şəhərin yandığını” və rusların hücuma üç briqada, yəni təxminən 10 mindən artıq əsgərin göndərildiyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə