Ruslar Avdeevka istiqamətində uzunmüddətli döyüşlər aparmağa hazırdırlar. Belə görünür k, cəbhənin bu hissəsinin yaxın gələcəkdə qaynar nöqtə “titulu”nu itirmək ehtimalı yoxdur.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna saytları Uqledardakı döyüşləri xatırladaraq, rusların Avdeevkada da əməliyyatı uzun müddət davam etdirəcəklərinə əminlik bildirib.
Xatırladaq ki, Uqledar hazırda Ukraynanın nəzarəti altındadır.
...Ruslar hələ də zirehli texnika və artilleriya sayına görə üstünlüyə malikdirlər və qəribədir ki, onlar itkilərini də nəzərə almırlar. Ona görə də bütün bunlar göstərir ki, onların Avdeevka istiqamətindəki hücum əməliyyatı uzun müddət davam edəcək. Onu da ehtimal etmək olar ki, bu bir neçə gün yox, hətta bir neçə həftə də davam edə bilər.
Qeyd edək ki, bunu “Defence Express”in baş redaktoru Oleq Katkov bildirib.
Bu arada Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 13-də səhər saatlarında bildirib ki, ruslar şəhər yaxınlığında və Donetsk vilayətinin bəzi yaşayış məntəqələrində Ukrayna Müdafiə Qüvvələrinin mövqelərinə 20 dəfədən çox hücum ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB